DÜNYA


Yunanıstan hökuməti miqrantlar üçün qapalı düşərgələrin inşasını dayandırıb

Afina, 18 fevral, AZƏRTAC

Yunanıstan hökuməti adalarda miqrantlar üçün qapalı rejimli düşərgələrin inşasını dayandırıb. Buna səbəb yerli orqanların bu qərara etiraz etmələridir.

Miqrasiya işləri üzrə nazir Notis Mitarakis bildirib ki, Lesbos, Xios, Samos, Leros və Kos adalarında miqrant düşərgələrinin inşası yerli orqanlarla bütün anlaşılmazlıqları müzakirə etdikdən sonra mümkün olacaq. Düşərgələrlə bağlı digər yerlər təyin etmələri üçün yerli orqanlara bir həftə vaxt verilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.