DÜNYA


Yunanıstan hökuməti uşaqları övladlığa götürmək üçün onlayn platformaya start verib

Afina, 23 aprel, AZƏRTAC

Yunanıstan hökuməti uşaqları himayəyə və övladlığa götürmək üçün onlayn platformaya start verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin əmək naziri Effi Açtsioğlu və sosial həmrəylik nazirinin müavini Teano Fotiu məlumat veriblər.

Onlayn platformanın köməyi ilə himayəyə və övladlığa götürmə ilə bağlı ünvanlanan müraciətlər qəbul olunaraq tez bir zaman içində təhlil olunacaq. E.Açtsioğlu bildirib ki, yeni platforma vasitəsilə prosedur tam şəffaf həyata keçiriləcək. Bundan əlavə, hər bir uşaq üçün elektron kitabça yaradılacaq və onlar haqqında bütün məlumatlar orada yerləşdiriləcək.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.