DÜNYA


Yunanıstan işsizliyin səviyyəsinə görə hələ də Avropa İttifaqında birinci yerdədir

Afina, 5 dekabr, AZƏRTAC

Avropa Komissiyasının Statistika Agentliyi “Avrostat”ın məlumatına əsasən, Yunanıstanda işsizliyin səviyyəsi 18,9 faizədək azalıb. Buna baxmayaraq, ölkə Avropa İttifaqında bu göstərici ilə hələ də birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, siyahıda Yunanıstandan sonra ikinci yeri İspaniya tutur. Ölkədə işsizlik 14,8 faiz təşkil edir. Ən az işsizlik Almaniya və Çexiyadadır (3,3 faiz və 2,2 faiz).

Xatırladaq ki, Yunanıstanda işsizliyin ən yüksək səviyyəsi 2014-cü ilin birinci rübündə qeydə alınıb. O vaxt iqtisadi böhranla əlaqədar bu göstərici 27,8 faizə çatmışdı.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.