DÜNYA


Yunanıstan kosmetika istehsalını bərpa edir

Afina, 6 dekabr, AZƏRTAC

Yunanıstan Ticarət və Sərmayə Agentliyinin “Enterprise Greece” məruzəsinə əsasən yunan kosmetika istehsalçıları istehsalı bərpa edəcəklər.

AZƏRTAC xəbər verir ki, buna əsas səbəb kimi dünyada bu sahənin getdikcə inkişaf etməsi göstərilir. Ölkədə baş verən iqtisadi böhran nəticəsində 120 kosmetika istehsalçısı daxili bazarda bu məhsulların satışının 40 faiz azaldığını müşahidə edərək, xarici bazarlara üz tutdular.

Məruzədə Yunanıstanın kosmetika ixracının son iki ildə 2 faiz artdığı bildirilir. Bəzi məhsullar üzrə isə bu rəqəm 10 faizə çatır. 2017-ci ildə yunan kosmetikasının və kosmetika məhsullarının ixracı 218 milyon avro təşkil edib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.