DÜNYA


Yunanıstan: meşə yanğınları minlərlə hektar yaşıllıq sahəsini külə çevirib

Bakı, 16 avqust, AZƏRTAC 

Yunanıstanın paytaxtı Afina şəhərinin yaxınlığında üç gün davam edən meşə yanğınları minlərlə hektar yaşıllıq sahəsini külə çevirib.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə prosesinə 400-dən çox mülki müdafiə qüvvəsi, 100-dən artıq hərbçi, 12 təyyarə, 6 helikopter cəlb olunub.

Təbii fəlakət nəticəsində ölən və yaralanan olmasa da, azı 20 ev yararsız vəziyyətə düşüb. Ölkə miqyasında 55 yanğının qeydə alındığını bildirən rəsmi Afina Avropa İttifaqından kömək istəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.