DÜNYA


Yunanıstan parlamenti Şimali Makedoniya Respublikasının NATO-ya daxil olmasını təsdiq edib

Afina, 8 fevral, AZƏRTAC

Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması ilə bağlı protokol Yunanıstan parlamenti tərəfindən ratifikasiya olunub.

AZƏRTAC xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan sənədə milli müdafiə və xarici işlər komitəsi tərəfindən baxılıb. Protokol səs çoxluğu ilə qəbul olunub.

Bir müddət öncə Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması ilə bağlı protokol Brüsseldə 29 ölkə tərəfindən imzalanıb. Hər bir ölkə protokolu parlamentdə ratifikasiya edəndən sonra Şimali Makedoniya Respublikası NATO-nun tamhüquqlu üzvü statusunu qazanacaq.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.