Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Yunanıstan parlamentinin “Yeni demokratiya” partiyasından olan üzvü Dora Bakoyannisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayır, ali dövləti vəzifənizin həyata keçirilməsində uğurlar diləyirəm.

Siz Prezident seçiləndən indiyədək ölkənizdə sabitliyin və rifahın qorunub saxlanılmasına müvəffəq olmusunuz. Azərbaycan xalqının Sizə və hökumətinizə böyük dəstəyi və etimadı bunu bir daha təsdiq edir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycanda firavanlıq, inkişaf və demokratik idarəçiliyin yeni mərhələsi də rəğbətlə qarşılanacaqdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2020-ci ilin martında keçiriləcək VIII Qlobal Bakı Forumunda Zati-alinizlə görüşməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident və əziz dostum, bu xoş fürsətdən istifadə edib Sizə Yeni il münasibətilə xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Dora Bakoyannis

Yunanıstan parlamentinin “Yeni demokratiya” partiyasından olan üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin