CƏMİYYƏT


Yunanıstan qrip epidemiyası ilə üzləşib

Afina, 6 fevral, AZƏRTAC

Yunanıstan hökuməti ictimaiyyəti qripə qarşı profilaktikaya riayət etməyə çağırıb. Profilaktika - nəfəs orqanların müdafiəsi, qapalı, adamların çox olduqları yerlərə daxil olmamaq, qripə qarşı peyvənd edilməsini nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, Yunanıstan Xəstəliklərin Profilaktikası və Xəstələrə Nəzarət Mərkəzinin (KEELPNO) məlumatına əsasən, ilin əvvəlindən qripdən 18 nəfər həlak olub, 112 nəfər reanimasiyaya yerləşdirilib.

KEELPNO mərkəzinin epidemiologiya şöbəsinin rəhbəri Teano Qearqakopulu “Kathemerini” nəşrinə bildirib ki, yaxın iki həftəyə qrip özünün aktivliyinin zirvəsinə çatacaq. Ekspertlərin fikrincə bu il qripdən ölənlərin sayının artması daha təhlükəli virusun A (H1N1) yayılması ilə əlaqədardır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.