DÜNYA


Yunanıstan sahilində yanan gəmidən 237 sərnişin və 51 ekipaj üzvü təxliyə olunub VİDEO

Yunanıstan sahilində yanan gəmidən 237 sərnişin və 51 ekipaj üzvü təxliyə olunub VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Səhər saatlarında Yunanıstan sahilində yanan “Euroferry Olympia” bərəsinin bütün sərnişinləri və ekipaj üzvləri təxliyə olunub.

AZƏRTAC АМНА informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın Gumenica şəhərindən İtaliyanın Brindisi şəhərinə üzən gəmi limandan çıxan zaman naməlum səbəbdən yanmağa başlayıb.

Hadisə zamanı laynerin göyərtəsində 237 sərnişin və 51 ekipaj üzvü olub. Onların hamısı qayıqlar vasitəsilə gəmini tərk edib. Kapitanın sözlərinə görə, sərnişinlər arasında xəsarət alanlar yoxdur və onlar İtaliyanın sahil mühafizə xidmətləri və limandakı gəmilər tərəfindən sahilə çatdırılıb.

Hazırda insidentin baş verdiyi rayona “Hidra” freqatı və üç helikopter göndərilib, həmçinin ərazidə limana məxsus beş gəmi və İtaliya sahil mühafizə xidmətinin bir gəmisi fəaliyyət göstərir.

Yerli KİV bərənin üçüncü mərtəbəsində başlayan yanğının nəzarətdən çıxdığını bildirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.