SİYASƏT


Yunanıstan və Albaniya mətbuatında Ulu Öndərin həyat və fəaliyyətinə dair məqalələr yerləşdirilib

Afina, 8 avqust, AZƏRTAC

Albaniyanın nüfuzlu “Panorama” qəzetinin çap və elektron nəşrlərində, “Psycology” onlayn jurnalında, Balkan ölkələrində tanınmış “Balkanweb” elektron xəbər portalında, Yunanıstanın Reporter.gr internet xəbər səhifəsində ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar “Azərbaycanın neft və qaz strategiyası” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin neft sənayesinin tarixi və inkişaf yolu ilə yanaşı, müstəqilliyin ilk illərindən etibarən üzləşdiyi çətinliklər və belə ağır şərtlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni seçilmiş Prezidenti kimi ölkənin neft və qaz sənayesinin inkişafı və bərpası istiqamətində gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, ölkəmizin neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olduğu bildirilib. Ümummilli Liderin ölkəsini neft sənayesində yaranmış çətin vəziyyətdən çıxarmaq və karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün seçim qarşısında qaldığı, belə ki, ya 15-20 il Azərbaycanın maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləməsi, ya da xarici neft şirkətlərinin dəvət edilməsi gərəkliyi qeyd olunub. Nəticədə Heydər Əliyevin xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldiyi və “Yeni neft strategiyası”nın tez bir vaxtda işlənib hazırlandığı nəzərə çatdırılıb.

Neft və qaz strategiyasının milli iqtisadiyyatı təşviq etməklə yanaşı, Azərbaycanın xarici siyasətində də mühüm rol oynadığı, sosial-iqtisadi uğurlara sayəsində, ölkəmizin daxili siyasi sabitliyi və ərazi bütövlüyünün təmin edildiyi qeyd olunmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində səfalətlərin - fürsətə, yoxsulluğun - rifaha, işsizliyin - məşğulluğa, ən önəmlisi asılılığın - özünəgüvənə çevrildiyi vurğulanıb.

Sonda enerji diplomatiyasının hərtərəfli iqtisadi üstünlük, firavanlıq, sosial və siyasi sabitliklə yanaşı, daha dərin inam üçün möhkəm və davamlı bir zəmin yaratdığı, eləcə də ölkələrarası kommunikasiya və xalqlararası təmasların intensivləşdirdiyi, beləliklə əməkdaşlıqda maraqlı ölkələr arasında yeni, davamlı, sabit siyasi və strateji münasibətlərə gətirib çıxardığı qeyd olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.