DÜNYA


Yunanıstan xarici vətəndaşlar sırasından olan işçilərin sayına görə Avropada birinci yerdədir

Afina, 5 fevral, AZƏRTAC

Avropa ölkələri daxilində 2018-ci ildə xarici vətəndaşlar sırasından olan işçilərin sayına görə Yunanıstan birinci yerdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin bəzilərində miqrantlar aşağı və orta ixtisaslı iş yerlərində çalışırlar. Halbuki, onlar arasında yüksək ixtisaslı mütəxəssislər də var. Xüsusilə, bu məsələ Cənubi Avropa ölkələrində özünü daha qabarıq göstərməkdədir. Yunanıstanda miqrant işçilərinin sayı 60,7, İspaniyada 53,6, İtaliyada 51,7 faiz təşkil edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.