DÜNYA


Yunanıstanda 2022-ci il yay turizm mövsümünün başlayacağı tarix açıqlanıb

Afina, 17 oktyabr, AZƏRTAC

Yunanıstan yay turizm mövsümünün gələn il başlayacağı tarix barədə qərar verib.

AZƏRTAC yerli KİV-ə istinadla bildirir ki, bu barədə Yunanıstanın turizm naziri Vasilis Kikilias məlumat verib. Onun sözlərinə görə, ölkə mart ayının sonundan etibarən mövsümü açmağa hazır olacaq və aprelin 1-dən tam şəkildə turistləri qəbul etməyə başlayacaq.

Mütəxəssislər, belə bir açıqlamanın, ölkənin pandemiyadan əvvəlki göstəricilərə qayıtmaq niyyəti ilə əlaqələndirirlər.

Ümumiyyətlə koronavirus məhdudiyyətlərindən əvvəl, Yunanıstan kurortlarına ilk gəlişlər aprelin sonunda başlayıb. Yerli turizm operatorları qeyd edirlər ki, yunan kurortlarında erkən rezervasiyası artıq açıqdır. 30 faizə qədər endirimlə Krit, Rodos, Korfu və Peloponnesə yay turları almaq mümkündür.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.