DÜNYA


Yunanıstanda 4-cü dərəcəli yanğın təhlükəsi elan edilib

Afina, 13 sentyabr, AZƏRTAC

Yunanıstanda yanğın təhlükəsi sentyabrın 13-də ən yüksək kateqoriyaya – 4-cü dərəcəyə qaldırılıb. Xüsusilə Attika, Mərkəzi Yunanıstan, Fessaliya, Mərkəzi Makedoniya, Şərqi Makedoniya və Frakiya rayonları, Egey dənizinin şimalında və cənubundakı adalar, Krit adası və Peloponnes yarımadası təhlükə ilə üzləşib.

Yanğınsöndürənlər, polis, hərbiçilər və könüllülər fövqəladə vəziyyətin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görürlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.