DÜNYA


Yunanıstanda ABŞ səfirinin rezidensiyasına içində boya olan paketlər atılıb

Afina, 15 may, AZƏRTAC

ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payettanın rezidensiyasına boya dolu paketlər atılıb.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Bildirilir ki, səhər saat 4 radələrində 10 nəfərdən ibarət qrup içində boya olan paketləri rezidensiyaya atıblar. Rezidensiya ABŞ səfirliyinin tam yanında yerləşir. Saxlanılanları Attika polis bölməsinə aparıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.