CÜMHURİYYƏT - 100


Yunanıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

Afina, 26 may, AZƏRTAC

Afinada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fotosərgi və təntənəli qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanın ətraf mühit və enerji naziri Giorgos Stathakis, Yunanıstan parlamentinin üzvləri, Afinadakı diplomatik korpusun təmsilçiləri, Azərbaycan icması, KİV-lərin, Yunanıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, əldə etdiyi nailiyyətlərə, görkəmli şəxsiyyətlərinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Çıxış edən Azərbaycanın Yunanıstandakı səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ən müasir demokratik və humanist dəyərlər əsasında qurulması barədə danışıb, dövlət quruculuğu siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən bəhs etdi.

Azərbaycan xalqının milli şüurunun inkişafı və müstəqillik arzularının yenidən reallaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğu vurğulanıb. Diplomat Azərbaycan və Yunanıstan arasında siyasi dialoq və əməkdaşlığın gündən-günə inkişaf etdiyini, iki ölkənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək TAP layihəsində birgə fəaliyyətini xüsusi qeyd edib.

Azərbaycan mətbəxinin ləziz təamlarının təqdim edildiyi tədbir pianoçu Nicat Aslanov və vokal ifaçısı Sona Ələsgərovanın ifasında Azərbaycan musiqi nömrələri ilə davam etdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.