DÜNYA


Yunanıstanda KİV-lər 24 saatlıq tətil elan ediblər

Afina, 4 may, AZƏRTAC

Afinada çıxan Gündəlik Qəzetlərin Redaktorlar İttifaqı (ESİEA) və onlarla əməkdaşlıq edən assosiasiyalar 24 saatlıq tətil elan ediblər.

AZƏRTAC xəbər verir ki, KİV işçiləri sabit 5 günlük, 40 saatlıq iş həftəsi, istirahət günlərinin uzadılması, iş saatlarından əlavə fəaliyyət üçün verilən əməkhaqqının qaldırılması, işçilərin vəzifələrindən azad olunmaları ilə bağlı məsələlərin tənzimlənməsini tələb edirlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.