ELM VƏ TƏHSİL


Yunanıstanda “Kimya və ətraf mühit” mövzusunda on yeddinci beynəlxalq konfrans keçiriləcək

Bakı, 28 iyun, AZƏRTAC

2019-cu il iyunun 16-dan 20-dək Yunanıstanın Saloniki şəhərindəki Aristotel Universitetində Yunan Kimyaçılar Birliyi və Avropa Kimya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kimya və ətraf mühit” mövzusunda on yeddinci beynəlxalq konfrans keçiriləcək.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə iştirakla bağlı məlumat və tezis elektron formada 2019-cu il yanvarın 15-dək ice2019.org ünvanına göndərilməlidir.

Konfransa qəbul edilən tezislər haqqında məlumat 2019-cu il fevralın 15-dək bildiriləcək.

Ətraflı məlumat əldə etmək istəyənlər konfransın icce2019.org adlı saytına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.