DÜNYA


Yunanıstanda Qədim Olimpiyanı yanğınlardan xilas etməyə çalışırlar

Bakı, 5 avqust, AZƏRTAC

Yunanıstanın qərbindəki Pelopones əyalətində güclü meşə yanğınları səbəbindən Qədim Olimpiya Oyunlarının keçirildiyi yerin yaxınlığındakı kəndləri təxliyə edirlər.

AZƏRTAC Yunanıstan “Ekathimerini” nəşrinə istinadla xəbər verir ki, eramızdan əvvəl 776-cı ildən başlayaraq təxminən min il ərzində idman yarışlarının keçirildiyi Qədim Olimpiya şəhəri, həmçinin yaxınlıqda yerləşən daha yeddi kənd təxliyə olunub. Yanğınsöndürmə komandaları alovun arxeoloji qazıntı məkanlarına, muzeyə və Beynəlxalq Olimpiya Akademiyasına yaxınlaşmasına imkan verməməyə çalışırlar.

Qeyd edək ki, 2007-ci ildə Yunanıstanın bu rayonunda baş verən güclü meşə yanğınları nəticəsində onlarla insan ölsə də, qədim idman qurğularını və Olimpiya məbədini xilas etmək mümkün olmuşdu.

Hazırda Yunanıstanın bəzi rayonlarında havanın temperaturu 45 dərəcəyədək yüksəlib. Qonşu ölkələr də ekstremal vəziyyətlə üz-üzə qalıb: Türkiyə, İtaliya və Albaniyada meşə yanğınları tüğyan edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.