DÜNYA


Yunanıstanda “Rubikon” anarxist təşkilatının üzvləri yenidən Argentina səfirliyinə hücum ediblər

Afina, 3 noyabr, AZƏRTAC

“Rubikon” anarxist təşkilatının on üzvü Argentinanın Afinadakı səfirliyinə daxil olaraq üçüncü mərtəbənin eyvanında hindi mapuçe xalqının hüquqlarını müdafiə etmiş anarxist Santyaqo Maldonadonun xatirəsinə həmrəyliklərini ifadə edib, orada üzərində “argentinalıların mübarizəsi” yazılmış plakat asıblar. Hücum edənlərdən ikisi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu, “Rubikon” anarxist təşkilatının səfirliklərə ilk hücumu deyil. Oktyabrın 21-i Kanada səfirliyinə, noyabrın 2-si isə İtaliyanın Saloniki şəhərindəki konsulluğuna hücum olunub.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.