DÜNYA


Yunanıstanda bərələrin hərəkəti bərpa olunub

Afina, 26 may, AZƏRTAC

Yunanıstanda ölkənin materik hissəsi ilə yunan adaları arasında bərələrin hərəkəti bərpa olunub. Bərələrin hərəkəti mart ayından başlayaraq koronavirusun yayılması səbəbindən dayandırılmışdı.

AZƏRTAC xəbər verir ki, hazırda bərələrə daxil olan hər kəsin hərarəti ölçülür, aralarında sosial məsafə saxlanılır. Artıq Lesbos, Rodos, Korfu, Kritə asanlıqla hərəkət etmək olur. İtaliya ilə bərə əlaqəsi isə hələ də bağlıdır.

Qeyd edək ki, Yunanıstanda Aralıq dənizi ölkələri arasında ən az koronavirusa yoluxma qeydə alınıb. Yunanıstan hökuməti turizmin iyunun 15-dən etibarən tam başlanmasına ümid edir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.