DÜNYA


Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 70-i ötüb

Bakı, 24 iyul, AZƏRTAC

Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 74-ə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, meşə yanğınları nəticəsində, həmçinin 187 nəfər xəsarət alıb. Onlardan 23-ü uşaqdır. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilmişdi. Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkədə üçgünlük matəm elan edib.

İyulun əvvəlindən bəri Yunanıstanda havalar çox isti keçir. Son günlər isə temperatur 40 dərəcəyədək yüksəlib. Bazar günü Afina ətrafında (eləcə də Kineta şəhərində, şərqi Attikada və Kalamos şəhərində) eyni vaxtda bir neçə yanğın mənbəyi meydana gəlib. Habelə Peloponnes yarımadasında Korinfiyada və Krit adasında Xanya şəhəri yaxınlığında meşə yanğınları baş verib, lakin bu yanğınlar yaşayış məntəqələri üçün təhlükəli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.