DÜNYA


Yunanıstanda özəl sektor nümayəndələri tətil keçirirlər

Afina, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Yunanıstanda özəl sektorun, Ümumi Əmək Konfederasiyasının (GSEE) və dənizçilərin həmkarlar təşkilatlarının tətili keçirilir.

AZƏRTAC xəbər verir ki, etirazçıların əsas tələbləri minimal əməkhaqqını 751 avroya qaldırmaq, kollektiv əmək müqavilələri bağlamaq və vergilərin artımını dayandırmaqdan ibarətdir.

Afinada metro və trolleybusların hərəkəti dayandırılıb. Avtobuslar yalnız saat 9-a kimi işləyəcəklər. Bütün gəmilər limanlarda qalacaq, adalarla bərələr vasitəsilə əlaqə kəsiləcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.