DÜNYA


Yunanıstanda peyvənddən imtina edən 6 min 400 tibb işçisi işdən azad edilib

Afina, 7 sentyabr, AZƏRTAC

Yunanıstanda 6 min 400 nəfər tibb işçisinin fəaliyyətinin dayandırılmasına qərar verilib. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, səhiyyə naziri Thanos Pleuris peyvənddən imtina edən özəl və ictimai sağlamlıq mərkəzlərində çalışan tibb işçilərinin işdən azad olunması barədə məlumat verib.

Hökumətin səhiyyə işçilərinə verdiyi peyvəndləmə müddəti sentyabrın 1-də başa çatıb. Nazirin fikrincə, Yunanıstan sağlamlıq sistemi 10 min nəfərə kimi tibb işçisinin fəaliyyətinin dayandırılmasına tab gətirə bilər. Qeyd edək ki, ölkənin Təcili Tibbi Yardım Xidmətində (EKAV) hazırda 4800 işçidən 500–ünün fəaliyyəti dayandırlıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.