DÜNYA


Yunanıstanda tələbələr etiraz aksiyası keçiriblər

Afina, 30 noyabr, AZƏRTAC

Yunanıstanın Afina və Saloniki şəhərlərində tələbələr etiraz aksiyaları keçiriblər.

AZƏRTAC xəbər verir ki, Salonikidə keçirilən etiraz aksiyalarında tələbələr əllərində “Makedoniya Yunanıstandır” şüarları yazılmış plakatlar tutublar. Onlar Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsini nəzərdə tutan Prespa sazişinə qarşı çıxış ediblər.

Afinada isə tələbələr Makedoniyanın adının dəyişdirilməsinə qarşı çıxanları qınayır və onları “faşist” adlandırıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.