DÜNYA


Yunanıstanda xarici vətəndaşların daşınmaz əmlaka marağı 130 faiz artıb

Afina, 27 iyun, AZƏRTAC

Yunanıstanda xarici vətəndaşların daşınmaz əmlaka marağı get-gedə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstan milli bankı məlumatında bildirir.

Qeyd edilib ki, daşınmaz əmlak bazarında satış bu sürətlə davam edərsə 2019-cu ilin sonuna kimi Yunanıstan iqtisadiyyatına 3 milyard avro məbləğində vəsait daxil ola bilər. 2018-ci ildə bu rəqəm 1,3 milyard avro idi. Ekspertlərin fikrincə xarici investorlar tərəfindən Yunanıstanda əmlak alınmasına marağın əsas səbəbləri ölkədə yaranmış iqtisadi sabitlik sahəsində kirayə gəlirlərindən vəsait əldə edilməsi və “Qızıl viza” proqramının davam etməsidir. 2019-cu ilin iyunun 4-nə kimi Avropa İttifaqı vətəndaşları olmayan xaricilərə 645 yeni “Qızıl viza” verilib. İlin sonuna qədər bu rəqəm iki dəfə artacaq. “Qızıl viza” proqramı sahəsində xarici vətəndaş ölkədə daşınmaz əmlak aldığı təqdirdə ona müvəqqəti yaşayış icazəsi verilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.