DÜNYA


Yunanıstanın Ali məhkəməsi parlament seçkilərində iştirak etmək üçün 20 partiya və bloklara icazə verib

Afina, 27 iyun, AZƏRTAC

Yunanıstanın Ali məhkəməsi iyulun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 20 siyasi partiya və bloklara icazə verib.

AZƏRTAC xəbər verir ki, dörd siyasi blokun seçkilərdə iştirakına qadağa qoyulub. Bunlar “Yunanıstan kasıblar hərəkatı”, “Ehtiyac olunan qərar”, “Yunanıstan aqrar partiyası”, “Müstəqil namizədlərin birliyi” siyasi bloklarıdır. Bu Avropa parlamentinə keçirilən seçkilərdən iki dəfə az göstəricidir. Belə ki, Avropa parlamentinə seçkilərdə 40 siyasi partiya və bloklar iştirak edib. İqtidarda olan Baş Nazir Aleksis Tsiprasın “Siriza” partiyasının Avropa parlamentinə seçkilərdə ən böyük müxalifət partiyası “Yeni Demokratiya”ya 9 faizlə uduzması növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb olub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.