DÜNYA


Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Ankara, 19 sentyabr, AZƏRTAC

Türkiyə hökuməti Yunanıstan qəzetlərindən birində Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı təhqiramiz materialın dərc edilməsinə qarşı kəskin etirazını ifadə edib. Yunanıstanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Məsələ ilə bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məşğuldur.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu barədə Türkiyənin mövqeyini Anadolu agentliyinə canlı yayında çatdırıb.

Kipr probleminin həlli istiqamətində Türkiyənin və Şimali Kipr tərəfinin daim konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdıran nazir bildirib ki, Yunanıstan hökuməti hər zaman danışıqları pozmağa çalışıb. Yunanıstan tərəfinin və Cənubi Kiprin adadakı türk icmasını heçə sayması, hüquq və bərabərliyi türk icması ilə bölüşmək istəməməsi yolverilməzdir. Kipr adasında federasiya tipli quruluşun yaradılması məsələsi bundan sonra müzakirə olunmayacaq. Çünki Türkiyənin xəbərdarlığına baxmayaraq, bu istiqamətdə aparılan müzakirələri Yunanıstan tərəfi pozub. Türkiyə Kipr və Şərqi Aralıq dənizinə aid məsələlərdə haqlarını sonadək müdafiə edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.