DÜNYA
Yunanıstanın baş naziri: Bu faciənin səbəblərini tapacağıq



Bakı, 2 mart, AZƏRTAC
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 38-ə çatıb, 57 nəfərin müalicə olunduğu bildirilir.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, saxlanılan dəmiryolu stansiyasının rəisi səhvini etiraf edib.
Hadisə yerinə gedən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis jurnalistlərə deyib: "Bundan sonra mən yalnız bir şeyə zəmanət verə bilərəm. Bu faciənin səbəblərini tapacağıq və belə bir şeyin baş verməməsi üçün əlimizdən gələni edəcəyik”.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis 38 nəfərin öldüyü dəmiryolu qəzasına insan amilinin səbəb olduğunu bildirib.
Maşinistlərin həmkarlar təşkilatı bildirir ki, sözügedən mənzildə siqnallaşma sistemi işləmir. 2000-ci ildən bütün işlər əllə aparılır.
Qeyd edək ki, qəza zamanı sərnişin qatarında 346 nəfər olub.