DÜNYA


Yunanıstanın döyüş təyyarələri Türkiyəyə məxsus gəmiyə hücum edib

İstanbul, 23 fevral, AZƏRTAC

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri Şimali Egey dənizinin beynəlxalq sularında hidroqrafik sahədə elmi və texniki araşdırmalar aparan Türkiyəyə məxsus “Çeşmə” gəmisinə hücum edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

Nazir bildirib ki, 1000 metr yüksəklikdən edilən hücuma lazımi cavab verilib.

Qeyd edilib ki, Türkiyə Egey dənizi və Aralıq dənizinin şərq hissəsi ilə bağlı mübahisələri beynəlxalq hüquq, dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində həllinə dair mövqeyini qoruduğu halda Yunanıstan bölgədəki gərginliyi artırmaq üçün hər cür fəaliyyəti davam etdirir. Yanvarın 25-də başlanan müzakirələrin ardından Yunanıstan tərəfi İskiri adasının şimal-qərbindəki beynəlxalq sular da daxil olmaqla bölgədə 20 gəmi və təyyarə ilə “Şimşək-21” təlimini və bu kimi bir sıra digər fəaliyyətləri həyata keçirib.

Nazir Türkiyənin həmin bölgədə apardığı hidroqrafik və seysmik fəaliyyətin tamamilə elmi araşdırma məqsədilə həyata keçirildiyini vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.