DÜNYA


Yunanıstanın səhiyyə naziri ölkədə “omikron” ştamının olduğunu təsdiqləyib

Afina, 3 dekabr, AZƏRTAC

Yunanıstanın səhiyyə naziri Thanos Pleuris ölkədə “omikron” ştamının ilk hadisəsini təsdiqləyib.

Pleuris bu barədə Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə məlumat verib. Nazirin sözlərinə görə, “omikron” ştamının ilk hadisəsi Krit adasında aşkar edilib. Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının prezidenti Teoklis Zautis bildirib ki, “omikron” ştamına yoluxduğu aşkarlanan şəxs noyabrın 26-da Yunanıstana gəlib, əvvəlcə o, ekspres testdən keçib və nəticəsi mənfi olub. Ancaq bundan sonra xəstəliyin yüngül simptomları ortaya çıxıb. Noyabrın 29-da ekspres test müsbət nəticə verib, ardınca PCR testi “omikron” ştamını aşkarlayıb. Bildirilib ki, şəxsin təmasda olduğu bütün insanların testi mənfi nəticə versə də, onlar karantinə alınıblar, müşahidə altındadırlar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.