DÜNYA


Yunanıstanlı Despina Tsovilis AŞPA-nın yeni Baş katibi seçilib

Strasburq, 27 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi vəzifəsinə yunanıstanlı Despina Şatsivasiliu-Tsovilis seçilib.

AZƏRTAC xəbər verir ki, Parlament Assambleyasının 72 illik tarixində ilk dəfə olaraq Baş katib vəzifəsinə qadın seçilib. O, martın 1-dən başlayaraq 5 il müddətdə bu vəzifədə olacaq. Elektron formatda keçirilən seçkilərdə üzvlərin 96,46 faizi iştirak edib.

Despina Şatsivasiliu-Tsovilisi 21 ildir AŞPA-da çalışır. Bu müddət ərzində o, qurumun Monitorinq komitəsinə və Siyasi məsələlər komitəsinə rəhbərlik edib. Qurumda karyerasına 1993-cü ildə İnsan Haqları üzrə Avropa Komissiyasında başlayıb.

AŞPA parlamentariləri tərəfindən keçirilən digər seçkilərdə norveçli Bjorn Berj Baş katibin müavini seçilib. O, bu vəzifəyə seçkilərdə türkiyəli namizəd Leyla Kayacıkla (112 səs) müqayisədə daha çox səs toplayaraq qalib gəlib.

Hazırda Avropa Şurasının Baş direktoru və Nazirlər Komitəsinin katibi olan B.Berj bundan əvvəl 7 il müddətində Baş katibin xüsusi ofisinin direktoru və Baş katibin müavini vəzifələrində çalışıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.