ELM VƏ TƏHSİL
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlığa başlayır
Bakı, 21 noyabr, AZƏRTAC
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, qonaq kitabxananın sərgi salonu, diplomatik, nadir kitab fondları və digər bölmələrinin fəaliyyəti ilə tanış olub.
Kitabxana ilə tanışlıqdan məmnunluğunu bildirən C.Özdemir Yunus Əmrə İnstitutunun Bakıdakı fəaliyyətindən bəhs edib və gələcəkdə MEK ilə birgə müxtəlif tədbir, sərgi və beynəlxalq konfransların keçirilməsinin mümkünlüyünü söyləyib.
MEK-in direktoru Leyla İmanova kitabxananın tarixi, fəaliyyəti, görülən işlər, reallaşdırılan layihə və tədbirlər, aksiyalar barədə məlumat verib. O, C.Özdemirin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədlərin xüsusi incəsənət növü hesab edilən miniatürlər kolleksiyasının MEK-də sərgisinin keçirilməsi təklifini yüksək qiymətləndirib, Azərbaycan və Türkiyə mədəniyyətlərinin təbliğinə xidmət edən tədbirlərin təşkil olunmasına kitabxananın dəstək verəcəyini bildirib.