ELM VƏ TƏHSİL


Yunus Əmrə İnstitutu Türkcə Yetərlilik İmtahanına qeydiyyatı davam etdirir

Bakı, 21 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda Türkçə Yetərlilik İmtahanının (TYS) birgə keçirilməsi məqsədilə Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq edir. DİM-in beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutu TYS imtahanına qeydiyyatı davam etdirir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, TYS türk dilini xarici dil kimi öyrənən şəxslərin dil biliklərini ölçmək üçün xarici dillər üzrə Ümumavropa tövsiyə çərçivə sənədi əsasında Yunus Əmrə İnstitutu tərəfindən hazırlanmış dil imtahanıdır. TYS imtahanı 40 oxuyub-anlama, 30 dinləmə, 2 yazı, 1 müstəqil və 7 qarşılıqlı danışma tapşırığı olmaqla, ümumilikdə 80 tapşırıqdan ibarətdir.

Qeyd edək ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanı üçün qeydiyyat martın 29-u başlayıb və aprelin 30-u başa çatır.

İştirak etmək istəyənlər DİM-in saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.