İQTİSADİYYAT


Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da neft profilli ali məktəblərin tələbələri və müəllimləri, həyatını bu sahəyə həsr etmiş alim və mütəxəssislər “Neft yolu” beynəlxalq media ekspedisiyasına yola düşəcəklər. Səyahət zamanı Rusiyanın regionlarının və Sibir neftini kəşf edən Fərman Salmanovun vətəni Azərbaycanın “qara qızıl” sərvətlərini əks etdirən mediakontent yaradılacaq.

AZƏRTAC Rusiyanın Nakanune.ru nəşrinə istinadla xəbər verir ki, bu məlumatı Nijnevartovsk administrasiyasının mətbuat xidməti yayıb.

“Neft yolu” Qornopravdinsk, Meqion, Nijnevartovsk, Surqut, Xantı-Mansiysk, Tümen, Ufa, Moskva, Bakıdan keçəcək, Səyahətçilər hər bir şəhərdə neft-qaz sahəsinin veteranları ilə görüşlər keçirəcəklər.

Media ekspedisiyanın təşkilatçılarının sözlərinə görə, Nijnevartovsk və Meqion Fərman Salmanovun həyatında başlıca rol oynayıblar. Gənclər bu şəhərlərdə “Samotlornefteqaz” şirkətində, “Samotlor yatağının R-1 ilk kəşfiyyat quyusu” memorial kompleksində olacaqlar. Səyahətçilərə Rusiyada ən məşhur və dünyada yeddi ən böyük yataqlardan biri olan Samotlor neft yatağı haqqında müfəssəl məlumat veriləcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya aeroportlarının adlarının dəyişdirilməsi kampaniyası çərçivəsində Surqut və Nijnevartovsk öz hava limanlarına Fərman Salmanovun adının verilməsi uğrunda mübarizə aparıblar. Yekunda Yuqranın iqtisadi paytaxtı qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.