DÜNYA


“Yura dövrünün dünyası 3” filmi satış kassalarında ən çox gəlirə görə liderdir

Bakı, 20 iyun, AZƏRTAC

Keçən həftə 143 milyon dollardan çox gəliri ilə ABŞ satış kassasında ilk sırada olan “Yura dövrünün dünyası 3” filmi bu həftə də kassada liderliyini qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, film premyerasının ikinci həftəsində 622 milyon dollardan çox gəlir gətirib. Ekran əsəri pandemiya dövründə qlobal kassada 600 milyon dolları keçən 7-ci film olub. “Pixar” studiyanın “Lightyear” animasiyası 51 milyon dollar gəlirlə kassada ikinci yerə yüksəlib.

Məşhur film ulduzu Tom Kruzun baş rol ifa etdiyi "Top Gun: Maverick" ekran əsəri isə siyahıda üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.