MƏDƏNİYYƏT


“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsi elan olunub

Bakı, 14 fevral, AZƏRTAC

“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az  saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaq və ya http://xsm.az/site/yurdumuzabahargelir/  linkinə daxil olaraq 1 və ya 2 əsərin fotosunu göndərməklə qeydiyyatdan keçmək tələb olunur.

Müsabiqəyə əsər qəbulu martın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.