MƏDƏNİYYƏT


“Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinin birinci mərhələsi başa çatıb

Bakı, 13 mart, AZƏRTAC

Xətai Sənət Mərkəzinin elan etdiyi “Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 17 yaşadək olan uşaqlar iştirak ediblər. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılıb.

Yaxın günlərdə Xətai Sənət Mərkəzində müsabiqədə seçilmiş əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.