İDMAN


Yurgen Klopp: UEFA “Mançester Siti”ni cəzalandırmalıdır

Bakı, 10 noyabr, AZƏRTAC

“Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp UEFA-nı maliyyə “Fair play” qaydalarını pozduğuna görə “Manchester Siti” klubunu cəzalandırmağa çağırıb.

AZƏRTAC “footballhd.ru” portalına istinadla xəbər verir ki, baş məşqçi bu barədə deyib: “Hesab edirəm ki, maliyyə “Fair play”i ədalətin qorunması üçün yaxşı vasitədir. Çünki qaydalar onunla müəyyən olunur. Əgər bütün prosedurlar qaydasındadırsa, o zaman klubların heç nədən qorxusu olmayacaq. Bilirəm ki, bu, “Pari Sen-Jermen” və “Mançester Siti” klublarına aiddir. Əgər bu klublar qaydaları pozublarsa, UEFA problemi həll etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.