SİYASƏT


Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir

Bakı, 12 sentyabr, AZƏRTAC 

Rusiya Baş Nazirinin müavini Yuri Borisov Ermənistanın paytaxtı Yerevanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının iclasından sonra jurnalistlərə müsahibəsində deyib ki, “Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlı deyil”.

AZƏRTAC “Sputnik” agentliyinə istinadla xəbər verir ki, Moskvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması tərəfdarı olduğunu vurğulayan Y.Borisov diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinin bu istiqamətdə səyləri hamıya məlumdur. “Rusiya bütün vasitələrlə bu münaqişənin aradan qaldırılmasını istəyir. Siz Rusiyanın, xüsusən bizim Prezidentin bu məsələdə oynadığı rolu bilirsiniz”, -deyə Baş Nazirin müavini qeyd edib.

Erməni jurnalistlərin KTMT-nin Azərbaycanla bağlı mövqeyi barədə suala cavab verən Y.Borisov əlavə edib ki, “Rusiya keçmiş SSRİ-nin bütün respublikaları, o cümlədən Azərbaycanla hərbi-iqtisadi əməkdaşlığı alqışlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.