Yuri Koçetkov: Bakıya öz evimiz kimi gəlirik
AzerTAg.az
Bakı, 6 noyabr, AZƏRTAC
Bakıya öz evimiz kimi gəlirik. Təmsil etdiyim teatrın aktyorları bu gözəl şəhərinizin vurğunudurlar.
Bu sözləri müsahibəsində AZƏRTAC-a Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Rusiya Federasiyasının Xalq Artisti, Həştərxan Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri, Rusiyanın Teatr Xadimləri İttifaqının Həştərxan regional bölməsinin sədri Yuri Koçetkov deyib.
Ölkəmizdə bir neçə dəfə olduğunu deyən qonaq Həştərxan Gənc Tamaşaçılar Teatrı kollektivinin hələ ilk qastrolu zamanı Bakının onlarda böyük təəssürat doğurduğunu diqqətə çatdırıb.
Hər iki şəhər arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın olduğunu deyən qonaq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin Həştərxanda əbədiləşdirilməsindən sonra bu dostluq münasibətlərinin daha da genişləndiyini vurğulayıb.
Yuri Koçetkov Həştərxanda bir sıra tədbirlər olmasına baxmayaraq, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında məmnuniyyətlə iştirak etdiyini bildirib.
Qonaq onu da diqqətə çatdırıb ki, ən əsas əlaqə insanlar arasında qurulan münasibətlərdir. Bizim burada çoxu tanışlarımız, dostlarımız var. Bu bağları dağıtmaq mümkün deyil.
Xəbərin mətnində orfoqrafik səhv var