İDMAN
Yuri Naqornıx: Biz bu Oyunlara 2015-ci ilin ən başlıca hadisələrindən biri kimi baxırıq VİDEO
Moskva, 4 iyun, AZƏRTAC
Biz bu Oyunlara 2015-ci ilin ən əsas hadisələrindən biri kimi baxırıq. Rusiya yığmasının tərkibində adlı-sanlı idmançıların, ölkənin yığma komandasının əsas heyət üzvlərinin və ən yaxın gələcəkdə dünya idmanının elit təbəqəsinə daxil olacaq perspektivli gənclərin sayı çoxdur. Bu sözləri Rusiya idman nazirinin müavini Yuri Naqornıx AZƏRTAC-a müsahibəsində söyləyib.
Rusiyanın bütün yığma komandalarının ciddi şəkildə Oyunlarda iştirak etmək və qələbə qazanmaq əzmində olduğunu bildirən Y.Naqornıx deyib: “Bakı fantastik gözəl şəhərdir. Mən komanda ilə birlikdə yenidən Azərbaycan paytaxtına gələcəyim günü səbirsizliklə gözləyirəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]