İDMAN


Yuriko Koike: Tokio Paralimpiya Oyunları Olimpiadanın təcrübəsindən istifadə olunmaqla keçiriləcək

Tokio, 17 avqust, AZƏRTAC

Tokio Paralimpiya Oyunları Yaponiya paytaxtında başa çatmış Olimpiya Oyunlarının təcrübəsindən istifadə olunmaqla keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Tokio qubernatoru xanım Yuriko Koike avqustun 17-də təşkil edilən mətbuat konfransında bildirib.

“Biz Olimpiya Oyunlarının təcrübəsindən istifadə edərək təhlükəsiz Paralimpiada keçirəcəyik. Ötən yarışlarda olduğu kimi, Oyunlara qatılan əcnəbilər mütəmadi testdən keçiriləcək və ətrafdakılardan təcrid ediləcəklər. Bundan əlavə, biz paralimpiyaçıların xüsusi tələblərini nəzərə alaraq, yoluxmanın qarşısını almağa çalışacağıq”, - deyə qubernator bildirib.

Tokionun qubernatoru, həmçinin qeyd edib ki, hərəkət məhdudiyyətli insanların hərəkətini asanlaşdırmaq üçün paytaxt küçələrindəki infrastruktur da yaxşılaşdırılıb: “Biz şəhər infrastrukturunu daha əlçatan etmək üçün bir sıra yerlərdə pilləkənləri götürərək orada liftlər quraşdırmışıq”.

Qubernator paralimpiyaçıları izləyəcək uşaqların onların əlilliyinə anlayışla yanaşacaqlarına ümidvar olduğunu deyib.

Xatırladaq ki, Tokio Olimpiya Oyunları iyulun 23-dən sentyabrın 8-dək keçirilib. Tokio Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq. Yarışlara tamaşaçılar buraxılmayacaqlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.