CƏMİYYƏT


Yuriy Osadçenko: Biz Azərbaycan Prezidentinin bütün təşəbbüslərini dəstəkləyirik

Bakı, 30 sentyabr, AZƏRTAC

Biz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyirik. Qarabağ veteranı olaraq hər an Ali Baş Komandanımızın əmri ilə Azərbaycanın bütün əhalisi kimi, ordu sıralarına qatılmağa hazırıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Ukrayna Konqresinin sədri Yuriy Osadçenko ifadə edib.

Bu gün hər kəsin Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün gücünü səfərbər etdiyini bildirən Yuriy Osadçenko deyib: “Azərbaycan Prezidenti qarşıya ciddi məqsəd qoyub. Ermənilər hər zaman olduğu kimi, bu ilin iyulunda və son həftələrdə də təxribatlar törədirdilər. Sentyabrın 27-də vəziyyət o həddə çatdı ki, Azərbaycan əks-hücumla Qarabağ problemini həll etmək məcburiyyətində qaldı”.

Azərbaycanlılar kimi, ukraynalıların da bu təşəbbüsü dəstəklədiklərini vurğulayan konqresin sədri bildirib: “Biz də bu məsələ ilə bağlı öz fikrimizi bildirməliydik. Ukraynalılar etnik qruplardan biri olaraq sayca digər qruplar qədər çox olmasa da, sözsüz ki, bu təşəbbüsü dəstəkləyir. Biz sevinirik ki, Türkiyə, Ukrayna və Pakistan prosesin lap əvvəlindən Azərbaycanı dəstəkləyir. Əminəm ki, bir çox ölkələr də Azərbaycanı dəstəkləyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.