Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yusif Axundzadə: Ordumuzun 100 illiyi münasibətilə hərbi paradda dirijorluq etməyim mənim üçün ən böyük xoşbəxtlikdir

Bakı, 13 avqust, AZƏRTAC

O, bütün keyfiyyətləri yüksək hörmətə layiq olan hərbi musiqiçi olmaqla yanaşı, həm də ictimai xadimdir. Onun mükəmməl dirijorluq maneraları, dəqiq jestləri, hər bir elementi özünə tabe etmək bacarığı professionallıq və peşəkarlığın göstəricisidir. Ölkəmizin ən mötəbər, peşəkar və nəhəng hərbi orkestrinin-Əlahiddə Nümunəvi Hərbi Orkestrin yaradıcısı və rəhbəri olan Yusif Axundzadə sənətinə sadiq olduğu kimi, Vətəninə də sadiqdir. O, təkcə yüksək səviyyəli musiqiçi kimi deyil, Vətən keşiyində və vətənpərvər insanların qəlbində xüsusi məhəbbət qazanmış şəxsiyyət kimi də tanınır. Yusif müəllimin Silahlı Qüvvələrimizin möhtəşəm 100 illik paradında Bakı Qarnizonun Birləşmiş Orkestrinə dirijorluq etməyi ifa edilən hərbi marşa bir az da əzəmətlilik qatdı. Özünün dediyi kimi, bir əsrlik ordunun paradında iştirak etmək bir general kimi onun üçün ən böyük xoşbəxtlikdir.

AZƏRTAC general-mayor, Xalq artisti, professor Yusif Axundzadə ilə müsahibəni təqdim edir:

-Yusif müəllim, rəhbəri olduğunuz Əlahiddə Nümunəvi Hərbi Orkestr Silahlı Qüvvələrimizin 100 illiyini necə qarşıladı?

- Orkestr ordumuzun 100 illiyi münasibətilə iki ay öncə hazırlığa başladı. Bildiyiniz kimi, 100 illik bağlı paytaxtın Azadlıq meydanında möhtəşəm parad keçirildi. Burada silahlı qüvvələrimizin bütün növ qoşun bölmələri iştirak edirdi. Möhtəşəm paradda ordumuzun gücü və müasir texnikası göstərildi. Düzdür, gördüklərimiz ordumuzun arsenalında olan texnika və müasir silahların bir hissəsi idi. Şəxsi heyətə ruh yüksəkliyindən tutmuş mənəvi-psixoloji hazırlıqlar hamısı göz qabağında idi. Əlbəttə ki, Bakı Qarnizonun Birləşmiş Orkestri bu paradda yüksək səviyyədə iştirak etdi. Mənim bədii rəhbərliyimlə 170 nəfərlik orkestr heyəti ordumuzun paradını marş sədaları altında müşayiət edirdi. Etiraf edim ki, 48 illik xidmətim dövründə ordumuzun 100 illiyinə həsr edilmiş parad gördüyüm ən möhtəşəm paradlardan idi. Paradımızı dövlətimizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, hərbi attaşelər izləyirdi. Onlar da ordumuzun nizami və güclü bir ordu olmasının şahidi oldular. Bütün bunların hamısı Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Dövlət başçımız hər zaman ordumuzun daha da güclü olması üçün çalışır. Belə bir möhtəşəm paradın keçirilməsi də dövlət başçımızın diqqət və qayğısının nəticəsidir. Bu möhtəşəmlik əsgərdən generaladək hamıda ruh yüksəkliyi yaratdı. Bundan başqa, orkestrimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən dövlət tədbirində də ruh yüksəkliyi ilə çıxış etdi. Deyə bilərəm ki, hər iki tədbirə yüksək səviyyədə hazırlaşmışdıq. Orkestr hər zaman üzərinə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışır.

-Orkestrin 100-cü il dönümə hədiyyəsi nə oldu?

- Orkestrimiz hər zaman çalışır ki, bu və ya digər sahədə töhfələrini verə bilsin. Silahlı Qüvvələrimizin 100 illiyində iştirak etmək bizim üçün ən böyük xoşbəxtlik idi. Zarafat deyil, düz 100 il. Bu illər ərzində ordumuz gör hansı yollar keçib, hansı məşəqqətlərdən çıxmışıq. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qeyd edilən istiqamətlərdəki çatışmazlıqları diqqətdə saxlayır, bunun üçün öz tapşırıqlarını verirdi. Baxın, müstəqillikdən bəri ordumuz nə qədər modern, eyni zamanda güclü bir orduya çevrilib. Əlbəttə, biz də çalışdıq ki, belə möhtəşəm bir ordunun 100 illiyinə hədiyyəmiz olsun. Əlahiddə Nümunəvi Orkestr tərəfindən bir disk buraxıldı. Bu diskdə orkestrin müşayiəti və solistlər Aynur İsgəndərli, Nərmin Abdullayeva və Kənan Qədimovun ifasında bir sıra hərbi marşlar, vətənpərvərlik ruhuna köklənmiş ifalar yer alır. Burada orkestrin dirijorları Əlahiddə Nümunəvi Orkestrin rəisi, polkovnik-leytenant, Əməkdar incəsənət xadimi Rüfət Axundzadə, rəis müavini, mayor İmran Allahverdi və orkestrin hərbi dirijoru baş leytenant Orxan Zeynallıdır.

-Orkestrin nümunəvi çıxışı hər zaman rəğbətlə qarşılanır. Bu hal, həm də heyətdə ruh yüksəkliyi yaradır. Bir az bu barədə danışardınız.

-Bizim orkestrin heyətində çalışan əməkdaşlar istedadlı və ixtisarlarının peşəkarlardır. Heyətimizə üzv qəbul edərkən də şəxsin peşəkarlığı və ifaçılığına diqqət yetiririk. Bütün uyğunluqlar yerindədirsə o musiqiçi bizim orkestr ailəsinin üzvü olur. Əlbəttə, nizam-intizam, peşəkarlıq və istedad varsa bütün bunlar imkan verir ki, çıxışlarımız uğurlu alınsın. Çıxış uğurludursa heyətdə hər zaman ruh yüksəkliyi yaranır. Təriflər, təşəkkürlər qazanırıq ki, bunu da əldə saxlamaq bizim üçün həm məsuliyyət, həm də stimulverici hissdir. Bir sözlə, orkestrdə çalışan bütün əməkdaşlarımız işlərinin məsuliyyətini dərk edir, tapşırılan işin öhdəsindən layiqincə gəlirlər.

-Orkestr sizin dirijorluğunuzla respublikamıza rəsmi və işgüzar səfərə gələn prezidentlərin qarşılanma mərasimlərində də iştirak edir. Bu, həm də bədii rəhbər kimi sizin üzərinizə böyük məsuliyyət qoyur. Bunun öhdəsindən necə gəlirsiniz.

-İnsan hər zaman məsuliyyətli olmalıdır. İnsanın mahiyyəti onun arzu və məsuliyyətində təzahür edir. Düşünürəm ki, peşəsindən asılı olmayaraq hər bir şəxs xarakter, istedad və məsuliyyətini bir araya gətirə bilsə istədiyinə nail olacaq. Ancaq bu halı sonadək əldə saxlamaq üçün elə sonadək də məsuliyyət tələb olunur.

-Çoxsaylı dövlət tədbirində iştirak edən orkestrin bir az da məşq prosesindən danışaq...

- Məşq prosesimiz adi qaydada keçir. Yəni hazırlığımız üç, dörd gün və elə ola bilər ki, iki ayadək davam edə bilər. Məşq prosesi zamanı çalışırıq ki, proqramımızda olan bütün ifaların notlarını əzbərləyək. Ölkəmizdə səfərdə olan dövlət başçılarının rəsmi qarşılanma mərasimlərinə hazırlığımız üç, dörd gün çəkir. Orkestr olaraq aidiyyəti dövlətin himnini və orda nəzərdə tutulan ifaların notlarını əzbərləyirik. Orkestr tam hazır olandan sonra bu şəkildə rəsmi qarşılanmada iştirak edirik.

-Sizi hərbi və mülki musiqiçi də adlandırmaq olar. Əks qütblərdə çalışmağın nə kimi çətinliyi var?

- Hər bir işin öz çətinlikləri var. Bəli, mən pedaqoji fəaliyyətlə də məşğul oluram, Bakı Musiqi Akademiyasında kafedra müdiriyəm. Eyni zamanda hərbi musiqiçiyəm. İstənilən şəxsin iki sahədə çalışmağı və bunu paralel aparmağı əlbəttə ki, çətindir. Hər zaman çalışıram aid olduğum sahələrdə özümü doğruldum ki, işimdə qüsur olmasın. Musiqi sənəti bir elmdir. Hər şeydən öncə musiqini dərk etmək, sevmək və onun peşəkarı olmaq lazımdır. İstəyirsən həbi musiqiçi ol, istəyirsən mülki musiqiçi, fərqi yoxdur, bir peşənin sahibisən, bir amala xidmət edirsən. Sənin adın musiqiçidir.

- Hərbi musiqiçi kimi nə arzularınız var?

-Xoşbəxt insanam ki, Silahlı Qüvvələrimizin 100 illik paradında iştirak etdim. Deyim ki, bütün şəxsi arzularıma çatmışam. Ən böyük arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və Əlahiddə Nümunəvi Hərbi Orkestr mənim bədii rəhbərliyimlə qələbə paradı səsləndirsin. Bizim qüdrətli və yenilməz ordumuz var. Onlar hər dəqiqə Ali Baş Komandanın əmrini gözəyirlər. Bu arzuma da çatacağıma böyük ümidlər bəsləyirəm.

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub