CƏMİYYƏT
Yusif Cəfərbəyli: Xarici ölkə nümayəndələri Azərbaycanın sülhsevər dövlət olmasının əyani şahidi oldular
Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC
Bu gün Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyasında iştirak etdik. Çox sevindirici və qürurverici haldır ki, düşmən işğalından azad etdiyimiz tarixi Şuşa şəhəri Azərbaycanın tərəfdaşlığı ilə keçirilən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bunu AZƏRTAC-a müsahibəsində Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyasının iştirakçısı Yusif Cəfərbəyli söyləyib.
"Qoşulmama Hərəkatına üzv olan ölkələrin gənc nümayəndələri Sammit çərçivəsində Qarabağda erməni vandalizminin, eyni zamanda, qısa zaman ərzində görülən quruculuq işlərinin şahidi oldular. Şuşaya səfərim zamanı gördüklərim Azərbaycan gənci olaraq məni çox fərəhləndirir",- deyə Y. Cəfərbəyli deyib.
O əlavə edib ki, xarici ölkələrdən gələn nümayəndələr Qoşulmama Hərəkatı Gənclər Sammiti vasitəsilə Azərbaycana öz dəstəklərini bildirdilər. Onlarda ölkəmiz haqqında müsbət fikirlər formalaşdı. Həmçinin Azərbaycanın sülhsevər dövlət olmasının əyani şahidi oldular.