SİYASƏT
Yusif Cəfərov: Əgər biz Xocalı soyqırımından dünyaya danışmasaq, bəs kim danışacaq?
Berlin, 22 fevral, AZƏRTAC
Əgər biz erməni hərbçilərinin Xocalıda törətdikləri cinayətlərdən dünyaya danışmasaq, bunu bizim əvəzimizdən heç kim etməyəcək.
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya paytaxtının Brandenburq qapıları qarşısındakı Paris meydanından xəbər verir ki, bu barədə agentliyə müsahibəsində Debrecen Universitetinin tələbəsi Yusif Cəfərov bildirib.
Yusif hələ birinci kursda oxuyur, lakin universitet təhsilinin elə ilk ilindən Avropa azərbaycanlılarının aksiyasına qoşulmağı özünə borc bilib. O deyib: “Mən ümummilli işimizdə bundan sonra da fəal iştirak etmək niyyətindəyəm”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin