Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yusif Səfərov küçəsində nəqliyyatın sıxlığının aradan qaldırılması üçün təkliflər hazırlanıb

Bakı, 21 iyul, Elvin Camalov, AZƏRTAC

Yusif Səfərov küçəsində nəqliyyatın sıxlığının aradan qaldırılması üçün təkliflər hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 21-də Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin müdiri Tərlan Səfərov Yusif Səfərov küçəsində nəqliyyatın sıxlığı və problemin aradan qaldırılması ilə bağlı təqdimat zamanı deyib.

O bildirib ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol - Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Yolların Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib.

T.Səfərovun sözlərinə görə, təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətdə saxlanılan digər vacib məqam isə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. “Məhz bu həll variantının reallaşdırılması sayəsində biz Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olacağıq”, - deyə T.Səfərov bildirib.

“GEMMS” şirkətinin Beynəlxalq Məsləhətçi qrupunun eksperti Kostas Vouletakis bildirib ki, günün pik saatlarında Yusif Səfərov küçəsindən şəhər istiqamətində saatda 8500 avtomobil, əks istiqamətdə isə saatda 5000 nəqliyyat vasitəsi hərəkət edir. Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (saatda 7500 avtomobil) yollarını Üzeyir Hacıbəyli küçəsi ilə davam etdirirlər ki, bu da adıçəkilən küçədə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, nəticədə Üzeyir Hacıbəyli küçəsi üzrə hərəkətə üstünlük verilir. Üzeyir Hacıbəyli küçəsində yaranan sıxlıq “domino effekti” nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır.

K.Vouletakis qeyd edib ki, Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək yerinin dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Yusif Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olurlar ki, bu da pik saatlarda Yusif Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətində maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir.

“Günün pik saatlarında Yusif Səfərov küçəsi şimal istiqamətdə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bunun əsas səbəbi də Afiyəddin Cəlilov küçəsinin şimalında yerləşən ərazidən hərəkət edən nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olaraq geridönmə yeri vasitəsilə şəhər istiqamətində hərəkətlərini davam etdirmələridir. Bu axın artıq sıx olan Yusif Səfərov küçəsinin böyük hissəsi boyunca hər iki istiqamətdə mənfi şəkildə təsir edərək nəqliyyat vasitələrini uzun dairəvi hərəkətlər etməyə vadar edir. Uzun dairəvi hərəkətlər ləngimələrə, toqquşan axınlara, həmçinin yanacaq sərfiyyatının və tullantıların artmasına səbəb olur”, - deyə K.Vouletakis vurğulayıb.

Ekspertin sözlərinə görə, hazırda Afiyəddin Cəlilov küçəsindən Üzeyir Hacıbəyli küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Yusif Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur. Alternativ yolların olmaması Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrində nəqliyyat şəraitini pisləşdirir, belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir.

Yusif Səfərov küçəsində nəqliyyat axınının daha səmərəli paylaşdırılması, yeni alternativ yolların yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi və “GEMMS” şirkəti tərəfindən təkliflərlə bağlı videoçarx izlənilib. Bununla bağlı məlumat verilərək bildirilib ki, Yusif Səfərov küçəsində daha 2 kəsişmədə - Sabit Orucov küçəsi – Nizami küçəsi, 28 May küçəsi – Mehdi Mehdizadə küçəsi istiqamətində düzünə hərəkət təşkil edilməlidir.

Qeyd edilib ki, Mehdi Mehdizadə və Sabit Orucov küçələri səmərəli həndəsi xarakteristikalara malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir, çünki nəqliyyat vasitələrinə şəhər mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər. Bu kəsişmələr işıqforlar vasitəsilə idarə olunacaqlar ki, bu da Yusif Səfərov küçəsinin hər iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa keçid təmin edəcək, hər iki istiqamətdə intensivliyi azaldaraq Yusif Səfərov küçəsində uzun dairəvi marşrutları ləğv edəcək.

Daha sonra məlumat verilib ki, kəsişmələrin sinxronlaşdırılmış işıqforla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyli küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcək. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkil edilməsi də nəzərdə tutulub. Eyni zamanda, qeyd edilən kəsişmələr Yusif Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

“Bu kəsişmələrin təşkil edilməsi, həm də “Ağ Şəhər" layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti (Sovetski) ilə birbaşa birləşdirəcək əhəmiyyətli cüt dəhliz yaradacaq. Nəzərə alsaq ki, “Ağ Şəhər” layihəsi çərçivəsində qeyd edilən ərazidə 50 min sakinin məskunlaşacaq və 30 mindən çox nəqliyyat vasitəsinin gün ərzində bu ərazidən istifadə edəcək, bu, layihənin əhəmiyyətliliyini daha da artırır. Bu layihə Nəcəfqulu Rəfiyev küçəsini Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevirəcək. Həmçinin Sabit Orucov və Mehdi Mehdizadə küçələrini isə müvafiq olaraq, Afiyəddin Cəlilov küçəsi və Neftçilər prospektinə paralel alternativlərə çevirəcək. Yuxarıda təsvir edilən işlər daha əlverişli yol şəbəkəsi təmin etməklə kifayətlənməyəcək, həm də “Ağ Şəhər” və Yusif Səfərov küçəsi arasındakı bütöv ərazinin xarakterini müsbət şəkildə dəyişəcək, sosial və biznes mühitin inkişafına təkan verəcək”, - deyə təqdimat zamanı vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin