Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Yusif Vəzir Çəmənzəminlinin Osmanlı dövrü fəaliyyəti

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı, publisist, son dərəcə mürəkkəb və ziddiyyətli həyat yolu keçmiş Yusif Vəzir Çəmənzəminli taleyin hökmü ilə ölkədən-ölkəyə, şəhərdən-şəhərə atılıb, yüksəlişin bütün sevincini, enişin əzab və məşəqqətlərini yaşamaqla ömür yolunu faciələr içində başa vurub. Bununla yanaşı, onun öz xalqına ərməğan etdiyi əsərlər və Azərbaycanın müstəqilliyi, o cümlədən Şərqin ilk demokratik dövlətinin qurulması uğrunda apardığı mübarizə Y.V.Çəmənzəminlinin adını millətinin qəlbinə əbədi yazıb. “Məqsədimiz, amalımız Azərbaycandır”, - deyə mücadiləyə qoşulan, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk diplomatlarından olan Y.V.Çəmənzəminli xüsusən İstanbuldakı elçiliyin rəhbəri kimi tarixə düşüb.

Bu fikirlər Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun Y.V.Çəmənzəminlinin AXC dövründəki diplomatik fəaliyyəti barədə AZƏRTAC-a təqdim etdiyi yazısında yer alıb.

Müəllif qeyd edir ki, ümumiyyətlə, soy-kökü diplomatik fəaliyyətlə bağlı olan Y.V.Çəmənzəminliyə miras qalan “Vəzirov” soyadı ulu babası - XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsi ilə əlaqədardır. Mirzə Əliməmmədağa “Vəzirov” soyadını daşıyanların və Yusif Vəzirin atası Məşədi Mirbaba nəslinin ulu babasıdır. Y.V.Çəmənzəminli bir yazısında bunu “Əliməmmədağa nəslimizin cəddidir”, – deyə təsdiqləyib. İbrahim xan Mirzə Əliməmmədağanın xarici siyasətdən yaxşı baş açdığını görüb onu Osmanlı imperiyasına səfir təyin edib. Lakin 1797-ci ilin iyununda İran hökmdarı Ağaməmməd şah Qacarın Şuşanı zəbt etməsi bu niyyətin baş tutmasına mane olub. Həmin vaxt Mirzə Əliməmmədağa həbs edilərək qətlə yetirilib və Türkiyədə səfir kimi fəaliyyət göstərmək ona qismət olmayıb. Y.V.Çəmənzəminli “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərində bu barədə yazır: “...İran şahı Qarabağın paytaхtı Şuşanı zəbt еtdikdə Vaqifi, оğlu Əliağanı və Türkiyəyə səfir təyin оlunan Mirzə Əliməmmədağanı dustaq еdir. Həbsdəkilərin növbə ilə öldürülməsinə əmr vеrir. Mirzə Əliməmmədağa qətl оlunur, ancaq nobət Vaqif ilə оğluna gəlməzdən əvvəl Ağaməhəmməd şah öldürülür”.

Amma taleyin hökmü ilə uzun illərdən sonra Türkiyədə səfir kimi fəaliyyət göstərmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. Onun İstanbul elçiliyinə göndərilməsi təsadüfi olmayıb. Əvvəllər Y.V.Çəmənzəminli Ukraynada bu sahədə fəaliyyət göstərib müəyyən təcrübə əldə etmişdi. Onun diplomatik missiyasını daha düzgün qiymətləndirmək üçün Y.V.Çəmənzəminlinin Osmanlıya göndərilən dövrədək Rusiya və Ukraynadakı fəaliyyəti üzərində bir qədər dayanmaq lazım gəlir. Belə ki, 1917-ci il fevral inqilabı baş verən zaman Qalitsiyada olan Y.V.Çəmənzəminli Ukraynada cərəyan edən hadisələri yaxından izləyə bilir. Bundan dərhal sonra Qalitsiyadan Kiyevə gələn Y.V.Çəmənzəminli burada azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə Firqəsini (Müsavat) yaradır və ona başçılıq edir. Bu zaman Ukrayna milli hərəkat rəhbərləri “Хalqlar qurultayı” çağırmaq məqsədilə “Хalqlar şurası” siyasi təşkilatını yaradırlar. Şura ayda iki dəfə “Svоbоdnıy sоyuz (Azad ittifaq)” adlı jurnal buraхır. Y.V.Çəmənzəminli də həmin jurnalda Azərbaycan haqqında məqalələr çap еtdirirdi. 1918-ci ilin mayından 1919-cu ilin fеvralınadək Krımda оlan Y.V.Çəmənzəminli burada milli hərəkatın, o cümlədən türkçülüyün güclənməsinə kömək etməyə çalışırdı. O, 1919-cu ildə Azərbaycan hökuməti tərəfindən Ukraynaya səfir təyin еdilir, lakin təsdiq haqqında sənədi ala bilmir. Bununla əlaqədar Y.V.Çəmənzəminli 1919-cu il fеvralın 3-də AXC-nin Хarici İşlər Nazirliyinə məktub göndərir. Məktubda deyilir: “15 gün bundan əvvəl hökumətimizin diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə хəbəri mənə Simfеrоpоla gələn Kiyеvdəki Azərbaycan Kоlоniyasının еlçisi çatdırdı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”. Həmin vaхt Ukrayna Milli Hərəkat qüvvələri Kiyеv ətrafında bоlşеviklərlə döyüşdüyündən, Y.V.Çəmənzəminli həmin şəhərə gedib işə başlaya bilməyib. Bоlşеviklər Kiyеvi tutduqdan sonra, yəni 1919-cu ilin yazında Y.V.Çəmənzəminli Bakıya qayıdıb. Bu vaхtadək ədəbi-publisistik və ictimai-siyasi fəaliyyəti ilə şöhrət qazanmış Y.V.Çəmənzəminli Türkiyəyə səfir təyin еdilir. İstanbula yоla düşmək ərəfəsində Azərbaycan parlamentində çıxış edən Y.V.Çəmənzəminlinin fəaliyyəti yüksək qiymətləndirilir. O, İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, ədəbi fəaliyyətini də davam etdirib, Azərbaycanı və ədəbiyyatımızı türk aləmində tanıtmaq üçün “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” kitablarını çap etdirib. Hər iki kitab 1921-ci ildə İstanbulda işıq üzü görüb. Y.V.Çəmənzəminlinin yaradıcılığının tədqiqatçısı Tofiq Hüseynoğlu bu dövrdə türkologiyada “azəroloji” xəttin yaranmağa başladığını vurğulayır: “Y.V.Çəmənzəminli bu dövrdə gеniş türkоlоgiyada “azəroloji” bir sahə yaradılması barədə düşünürdü. О, bütün yaradıcılığı ilə ardıcıl azərbaycançılıq idеyasını izləyir və həyata kеçirməyə çalışırdı”. Y.V.Çəmənzəminlinin səfir təyin olunması barədə geniş tədqiqat aparmış “Cümhuriyyətin Osmanlı səfirliyi” məqaləsinin müəllifi, tədqiqatçı Dilqəm Əhməd həmin hadisələri belə xarakterizə edir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra qarşıda iki vəzifə dayanırdı: Cümhuriyyətin əsl paytaxtı olan Bakını işğalçılardan azad etmək; gənc dövləti Qərb dünyasında tanıtmaq... Cümhuriyyətin tanıdılması, dövlətin müstəqil mövcud olması üçün digər şərtlərdən biri də qonşu dövlətlərdə səfirliklərin açılması idi. Bu ölkələrdən ən önəmlisi isə son günlərini yaşayan Osmanlı idi”.

İstanbulun AXC üçün böyük əhəmiyyətə malik olduğunu başa düşən Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” sərlövhəli məqaləsində yazırdı:“... Aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü... hamısı burada... İstanbulda yapılan gurultular Parisə çatıb təsirsiz ötüşmür”. Y.V.Çəmənzəminliyə görə, həm də İstanbul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazarı idi. Çünki Rusiyadakı böhran neftin Şimala gedən qapısını bağlamışdı. İstanbula göndərilən neft isə orada nümayəndələr olmadığına görə heç bir xeyir verməmişdi. Həmin hadisəni Y.V.Çəmənzəminli bu cür dəyərləndirib: “Azərbaycan tüccarları birinci dəfə İstanbula neft gətirdilər, zərər gördülər. Səbəb budur ki, məhəlli rumlar toplanıb sindikat yapdılar və Bakı neftinin qiymətini saldılar… Halbuki İstanbulda səfarətimiz, konsulumuz olsa, məhəlli Azərbaycan tüccarlarından təşkilat yapıb rum sindikatının qabağına çıxa bilərdi… Bizim üçün neftimizin İstanbul bazarında asanlıqla müştəri tapması birinci dövləti məsələdir”. Y.V.Çəmənzəminli səfir təyin olmazdan əvvəl AXC ilə Osmanlı arasında bəzi təmaslar yaranmışdı. 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski İstanbula səfər etmişdilər. Onlara Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə verilmişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Cümhuriyyət haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başlayırlar. İstiqlal bəyannaməsinin tam mətni İstanbulda olan bütün səfirlik və konsulluqlara təqdim edilir. 1918-ci il sentyabrın 16-da M.Ə.Rəsulzadə Osmanlı tərəfi ilə ticarət müqaviləsi imzalayır. Həmin müqavilə əsasında Azərbaycan hökuməti Osmanlıdan 500 min türk lirəsi alır. Azərbaycan hökuməti Osmanlı imperiyası ilə tam həcmdə diplomatik əlaqələr yaradılması üçün 1918-cı il avqustun 20-də Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula ezam edir. Oktyabrın 2-də Ə.Topçubaşov Tələt paşa ilə görüşür, türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə ona hökumət adından təşəkkür edir.

Y.V.Çəmənzəminli ilə bağlı maraqlı bir sənəd də AXC-nin Vatikan ilə diplomatik əlaqələr qurmaq istiqamətində cəhdləri ilə bağlıdır. Bu sənədi Vatikan arxivindən tarix elmləri doktoru Fərid Ələkbərli aşkar edib. Həmin sənədə görə, Y.V.Çəmənzəminli Roma Papası XV Benediktə heykəlin ucaldılması layihəsinin təşəbbüskarı və iştirakçısı olub. Roma Papasının İstanbuldakı nümayəndəsi bununla əlaqədar Vatikana aşağıdakı məlumatı göndərib: “Konstantinopolda Papa XV Benediktə abidənin ucaldılması layihəsi üçün müsəlman Azərbaycan Respublikasının nümayəndəsi Yusif bəy Vəzirovun təklif etdiyi məbləğ haqqında məlumat”. F.Ələkbərli bu məsələ ilə bağlı tarixi belə izah edir: “Yusif Vəzir Vatikana məktub yazdı ki, təxminən bir il əvvəl rəhmətə getmiş XV Benedikt adlı papanın heykəlinin İstanbulda qoyulmasını istəyirlər. Azərbaycan hökuməti bunun tərəfdarıdır. Çünki XV Benedikt sülhpərvər olub, Qərb ölkələrini həmişə sülhə çağırıb. Çalışıb ki, Osmanlı dövləti ilə Qərb arasında ixtilaf olmasın. Həmişə sülh, əmin-amanlıq olsun və xristianlıqla İslam arasında ədavət olmasın. Yəni bu şəxs sivilizasiyaları bir-biri ilə barışdırmaq yolunu tutub. Beləliklə, Yusif Vəzirovun belə xoşməramlı təklifi olub. Əlbəttə, Yusif Vəzirov bu təklifi təkcə öz adından etməmişdi, Azərbaycan Xalq Cümhuriyyəti ilə razılaşdırmışdı”.

Cümhuriyyətin işğalından sonra Yusif Vəzir səkkiz ay fəaliyyətini davam etdirir. Səfirlik məsələsi bitdikdən sonra o, İstanbuldakı fəaliyyətini əks etdirən arxivini mühafizəsi üçün İstanbuldakı Süleymaniyyə nəzdindəki kitabxanaya təhvil verir. Bir müddət İstanbulda qalan Y.V.Çəmənzəminli “Yusif bəy Vəzirov. Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” imzası ilə 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər” və “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitablarını yazır. O, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını M.Ə.Rəsulzadəyə ithaf edir.

Sovet Azərbaycanına dönən sabiq səfir burada əvvəlcə yaxşı qarşılanıb, müxtəlif işlərdə çalışsa da, 1937-ci ilin repressiyasından xilas olmayaraq sürgünə göndərilir. 1938-ci il avqustun 9-da Y.V.Çəmənzəminlinin həbsi barədə оrdеr imzalanır. Lakin bu vaхt о, Bakıda deyildi, Хarəzm Vilayət Pеdaqоji İnstitutunda müəllim işləmək üçün Ürkənc şəhərinə gəlmişdi. Ancaq Y.V.Çəmənzəminlinin izinə düşən NKVD 1940-cı il yanvarın 27-də onu Ürkənc şəhərində həbs еdib Bakıya gətirir. Həmin ilin yayında Qоrki vilayətinin Suхоbеzvоdnое kəndinə sürgün оlunan ədib 1943-cü il yanvarın 3-də burada vəfat еdib. Onun aclıqdan vəfat etdiyi bildirilir. Beləliklə, görkəmli ədib və diplomatın həyatı faciə ilə başa çatır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb