DÜNYA
“Yutu” tufanı Filippin sahillərinə çatıb
Tokio, 30 oktyabr, AZƏRTAC
Filippinli sinoptiklərin bildirdiyinə görə, oktyabrın 30-da səhər saatlarında “Yutu” tufanı şimaldakı Luson adasına çatıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları sakinləri mümkün daşqınlardan və seldən qorunmağa çağırıb.
Yaponiya Meteorologiya Agentliyinin bildirdiyinə görə, yapon vaxtı ilə səhər saat 9:00-da “Yutu” saatda 20 kilometr sürətlə qərb istiqamətində hərəkət edib. Tufanın mərkəzində atmosfer təzyiqi 970 hektapiksel, küləyin sürəti saatda 126 kilometr təşkil edir. Küləyin maksimal sürəti saatda 180 kilometrədək qalxır.
Agentliyin proqnozuna görə, tufan axşam saatlarında Cənub Çin dənizinə çatacaq. Burada istiqamətini şimala doğru dəyişən tufanın noyabrın 2-də Çin sahillərinə çatacağı güman edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio