İDMAN


“Yuventus” Turin derbisində qalib qəlib

Bakı, 4 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 3-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Turin derbisində “Yuventus” “Torino” klubunu qəbul edib. Görüş “Yuventus”un böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.

“Qoca sinyora”nın heyətində Paulo Dibala, Juan Kuadrado, Kriştiano Ronaldo və Koffi Djiji (avtoqol) fərqləniblər. “Torino”nun heyətində isə təsəlli qola Andrea Belotti imza atıb.

Bu qələbədən sonra xal ehtiyatını 75-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyi davam etdirir. “Torino” isə 31 xalla 15-ci yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.